Şriftin ölçüsü :

Saytın rəngi :

"ÇOX SAĞ OLUN Kİ, İCRA BAŞÇISI OLARAQ BİZLƏRƏ BELƏ DƏSTƏK OLURSUNUZ"

08 may 2019 | 16:00

KAZANDA FƏALİYYƏT GÖSTƏRƏN İŞ ADAMI QASIMALILARDA KEÇİRİLƏN VƏTƏNDAŞ QƏBULUNDA İŞTİRAK EDİB

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun vətəndaşları yerlərdə fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan icra başçısı bu gün Qasımalılar kəndində 21 nəfər sakinin müraciətini dinləyib.

Qəbuldan əvvəl kənd sakinləri ilə səmimi söhbət edən Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər isə əsasən sosial yardım, internet, işıq dirəklərinin yenilənməsi, mübahisəli torpaq məsələsi barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Kənd sakini, Tatarıstan Respublikasında sahibkarlıqla məşğul olan iş adamı Hüseynov Zahid İsmayıl oğlu qəbula gələrək Şəmkir rayonunda yeni investisya layihələri həyata keçirmək üçün Alimpaşa Məmmədovla görüşüb.

İcra başçısı iş adamı ilə söhbətində Cənab Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqlarının Şəmkir rayonunda da diqqət mərkəzində saxlanıldığını bildirib.

Zahid Hüseynov vətəndaşlarla səmi qəbula görə icra başçısına təşəkkür edib və Cənab Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlar üçün yaratdığı münbit şəraitdən istifadə etmək istədiyini bildirib: “Siz də çox sağ olun ki, bu işlərdə icra başçısı olaraq bizlərə dəstək olursunuz”.

Keçidlər