Şriftin ölçüsü :

Saytın rəngi :

İLK DƏFƏ ŞƏMKİRDƏ YARADILAN ELEKTRON SİSTEM DAHA DA TƏKMİNLƏŞDİRİLİR

02 may 2019 | 16:00

UŞAQ BAĞÇALARININ ƏRZAQ TƏMİNATINDA YENİLİK

Bu gün Şəmkir rayonunda azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir.

Şəffaflığın və dürüstlüyün təmin edilməsi məqsədilə məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı vəziyyəti və ayrılmış ərzağın saxlanılması qaydası günün tələblərinə uyğun şəkildə qurulmuş, 52 məktəbəqədər təhsil müəssisəsinin hər biri soyuducularla təmin edilmiş, ərzağın aylıq bölgüsü və çatdırılması daim nəzarətdə saxlanılmaqdadır.

Bu məqsədlə Azərbaycanda ilk dəfə 2017-ci ilin fevral ayından etibarən Şəmkirdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarında mərkəzləşdirilmiş elektron sistem yaradılıb.

Bu günlərdə isə həmin sistem daha da təkminləşdirilib və yaxın vaxtlarda istifadəyə veriləcək. Yeni elektron sistemdə ərzağın uşaq sayına uyğun gündəlik qida normasına görə bölgüsü, körpələrə verilən yeməyin tərkibindəki ərzaqların miqdarı da hər gün körpələr evi-uşaq bağçaları tərəfindən sistemin məlumat anketi bölməsinə yüklənəcək.

Keçidlər