"VƏTƏNDAŞ MƏMNUNLUĞUNA NAİL OLUNMASI BİZİM VƏZİFƏ BORCUMUZDUR" - 132 NƏFƏR ŞƏMKİR SAKİNİN MÜRACİƏTİ DİNLƏNİLİB
Hər zaman olduğu kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu günki qəbuluna da insanlar böyük ümidlə gəlmişdirlər.
İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.
Şəmkirə və şəmkirlilərə xidmət etməyin bir şərəf olduğunu bildirən Alimpaşa Məmmədov vətəndaşların şifahi qəbulu zamanı 132 nəfərin müraciətini dinləyib.
İcra başçısı bildirib ki, Prezident Cənab İlham Əliyev yürütdüyü siyasətdə həmişə vətəndaş amilinə önəm verib. Məhz bu siyasətin çox diqqətçəkici istiqamətlərindən biri də onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Ən müxtəlif kateqoriyaları təmsil edən vətəndaşlar həmişə olduğu kimi qəbul gününə böyük inamla gəlmişdilər. Heç vaxt sakinlərin inamını boşa çıxarmayan Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə vətəndaşlarla münasibətə həssas olmağı, onların dərdinə şərik olmağı, problemlərini öz problemləri kimi həll etmək istiqamətində ciddi tapşırıqlar verdi: "Əgər Prezidentimiz deyirsə, xalqın birinci xidmətçisi mənəm, biz dövlət məmurları da belə işləməliyik. Hesab edirəm ki, Cənab Prezidentin bu sözləri hər bir məmur üçün örnək olmalıdır. Hər birimizin vəzifə yükümüz vətəndaş öhdəliyidir".