Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov vətəndaşları qəbul etdi.

24 oktyabr 2014 | 15:00

24 oktyabr 2014 – cü il tarixdə Şəmkir rayon İcara Hakimiyyəti başçısı Aparatında, Şəmkir rayon İcra hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, aidiyyatı idarələrin, təşkilatların, xidmət sahələrinin rəhbərləri, İnzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.
Vətəndaşların qəbulu saat 10:00 – da başlamış və saat 18:00 – dək davam etmişdir.Qəbula yazılmış 103 nəfər vətəndaş qəbul edilmişdir.Müraciətlərin əksəriyyəti torpaq, mənzil, iş,
maddi yardım tələbinə dair olmuşdur. Vətəndaşlar diqqətlə dinlənilmiş onların müraciətlərinin həlli ilə bağlı adiyyatı qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilmişdir.

 

Keçidlər