Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti nümayəndələri ilə görüş keçirildi

02 may 2019 | 16:00

Bu gün Gəncə-Qazax İqtisadi Rayonunda "Yerli və Regional İnkişafa Dəstək” layihəsi çərçivəsində Şəmkir Rayonun "Rayon İnkişaf Planı"nın hazırlanması üçün ilkin danışıqların aparılması məqsədilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, aparatın məsul şəxsləri, komponent meneceri (SLRD layihəsi) Witold Sartorius, İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsinin baş məsləhətçisi Əli İsgəndərov, Regional Koordinator və Gəncə ofisinin rəhbəri (SLRD layihəsi) Fariz Qarayev, “GFA konsaltinq” şirkətinin eksperti Seymur Yusifli iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayıb, onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı əvvəlcə qonaqlara Şəmkirin zəngin mədəniyyəti, təbiyyəti, kənd təsərrüfatı, sənaye potensialı və bu istiqamətdə həyata keçirilən çoxşaxəli layihələrdən söhbət açıb: “Şəmkir Azərbaycanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Bizim istixanalarda becərilən pomidor, xiyar, xurma ölkəmizlə yanaşı xarici bazarlara da çıxarılır.”

Regional Kordinator və Gəncə ofisinin rəhbəri Fariz Qarayev çıxış edərək bildirib ki, layihənin əsas məqsədi regional inkişafa dəstək vermək məqsədilə yerli hakimiyyət orqanlarının ərazi planlaması və idarəetmə bacarıqlarının gücləndirilməsidir. Layihənin digər məqsədlərindən biri turizm və kənd təsərrüfatı sahələrinin yerli və regional səviyyədə inkişafına töhfə verməkdir.

F.Qarayev qeyd edib ki, Şəmkir rayonunda “Rayon İnkişaf Planı”nın hazırlanması məqsədilə “GFA konsaltinq” şirkəti ilə müqavilə bağlanıb. “Rayon İnkişaf Planı”nın hazırlanması əsasən 4 mərhələdən – Rayon İcra Hakimiyyəti ilə görüş, maraqlı və əlaqəli tərəflərin təhlili, rayonun sosial-iqtisadi məsələləri ilə bağlı diaqnostikası və ən nəhayət “Rayon İnkişaf Planı”nın hazırlanmasından ibarətdir.

Sonda görüş iştirakçıları tərəfindən “Rayon İnkişaf Planı”nın hazırlanmasında iştirak edə biləcək tərəfdaşların adları təklif olunub.

Keçidlər