Şriftin ölçüsü :

Saytın rəngi :

"HƏR GƏLİŞİNİZ KƏNDİMİZƏ XOŞ ƏHVAL GƏTİRİR" - ŞƏMKİRİN ƏN UCQAR DAĞ KƏNDİNDƏ QƏBUL

01 may 2019 | 16:00

Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hər həftə rayonun müxtəlif kənd və qəsəbələrində sakinlərlərlə görüşür, onların problemlərini yerində öyrənir.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeçliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar.
Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan rayon İcra Hakimiyyəti başçısı bu gün Dağ Cəyir kənd sakinlərini fərdi şəkildə qəbul edib.

Qəbul yerinə gələn icra başçısını kənd ağsaqqalları və gənclər çox səmimi qarşılayıblar.
Kənd ağsaqqalları adından Ağayev Müslüm Aslan oğlu Dağ Cəyir sakinlərinin dövlətimizə, prezidentimizə olan sevgisindən danışıb: “Sizi Şəmkirin ən ucqar dağ kəndlərindən olan Dağ Cəyirdə görməkdən məmnunuq. Hər gəlişinizlə kəndimizə xoş əhvali-ruhiyyə gətirirsiniz. Sizin gəlişinizlə dövlətimizin, Cənab Prezidentimizin sevgisini, qayğısını hiss edirik. Ucqar dağ kəndində yaşasaq da, Prezidentimiz bizə qayğısını heç zaman əskin etməyib. Ötən il kəndimizə gözəl yollar çəkildi, işığımız qazımz daim gəlir. Sizdən tək xahişim kəndin elektrik dirəklərinin dəyişdirilməsinə və su probleminin aradan qaldırılmasına köməklik etməyinizdir”.

Ümumilikdə rayon icra hakimiyyəti başçısı tərəfindən 19 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Dağ Cəyir sakinləri icra başçısından kəndə internet xəttinin çəkilməsi, elektrik dirəklərinin yenilənməsi, su probleminin aradan qaldırılmasını xahiş ediblər.

Qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə minnətdarlıq ediblər.

Keçidlər