DÜYƏRLİDƏ SÜNNƏT AKSİYASI KEÇİRİLİB
Şəmkir Rayon İcra Hakimiyyəti və rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə Düyərli kəndində aztəminatlı ailələr üçün pulsuz sünnət aksiyası keçirilib.
Uşaqlar pediatr və labarator müayinədən keçirildikdən sonra həkim-cərrah Şahin Rzayev tərəfindən onlara göstəriş üzrə sünnət əməliyyatı həyata keçirilib.
Aksiyada ümumilikdə 10 uşaq sünnət edilib. Bu uşaqlar aztəminatlı ailələr arasından seçilib. Əməliyyatlar uğurla başa çatıb,uşaqların ailələri bu aksiyaya görə təşkilatçılara, bu işdə əməyi keçən kollektivə təşəkkür ediblər.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov bildirib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən bu gün Şəmkirdə rayon rəhbərliyi tərəfindən aztəminatlı ailələrə dəstək göstərilir: “ Biz də Şəmkir Rayon Mərkəzi Xəstəxanası olaraq bu işdə hər zaman əməyimizin olmasına çalışırıq. Rayonda bu aksiya mütamadi olaraq davam etdiriləcək”.