DAHA BİR GƏNC XANIM BAĞÇA MÜDİRİ TƏYİN EDİLDİ
26 aprel 2019 | 16:00
Şəmkir şəhər 6 saylı körpələr evi-uşaq bağçasına yeni müdir təyin edilib.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq Əmrinə əsasən Abdullayeva Aygün Lətif qızı Şəmkir şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri təyin olunub.
Aygün Abdullayeva 4 sentyabr 1986-ci ildə anadan olub. Azərbaycan Müəllimlər İnistutunu bitirib.
A.Abdullayeva bundan öncə Şəmkir şəhərində yerləşən Kids academy-uşaq bağçasında çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Abdullayeva Aygünü təbrik edir, yeni işində uğurlar arzulayırıq.