ƏLİYAQUBLU KƏNDİNƏ YENİ KADR TƏYİNATI
Şəmkir rayon Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsi Vəlizadə Azər Şakir oğluna həvalə olunub.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Vəlizadə Azər Şakir oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi–baş mühasib vəzifəsinə təyin edilib.
Azər Vəlizadə 30 dekabr 1990-cı ildə Şəmkir rayonu Əliyaqublu kəndində anadan olub. Azərbaycan Milli Aviasiya Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Azər Vəlizadəni təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!