Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ZONA BİRİNCİSİ OLMUŞ KOMANDA ÜZVLƏRİLƏ GÖRÜŞÜB

22 aprel 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Mingəçevir şəhərində keçirilmiş “Şahin” Hərbi idam oyunlarının zona birinciliyində qalib olmuş Sabirkənd kənd tam orta məktəbin komandası ilə görüşüb.

Görüşdə millət vəkili Sahibə Qafarova, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət xidmətinin Şəmkir Rayon Şöbəsinin rəisi polkovnik leytinatı Anar Hüseynov, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Şəmkir Rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Aynur Abdullayeva və Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov iştirak edib.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi olan gənclər siyasətinin uğurla icra olunmasından danışmış və ölkə rəhbərinin hər zaman Azərbaycan gəncliyinə böyük önəm verdiyini qeyd etmişdir. A.Məmmədov çıxışının sonunda qalib komandanı təbrik etmiş və onlara yeni-yeni uğurlar arzulamışdır.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Qafarova, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov və digərləri çıxış edərk, Azərbaycan gənclərinin uğurlarından danışmış və gəncləri qələbə münasibəti ilə təbrik etmişdir.

Tədbirin sonunda qalib komandanın üzvləri Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.

Keçidlər