"BİR DAHA ƏMİN OLDUQ Kİ..." - HACIALILARDA SAKİNLƏRLƏ GÖRÜŞ
Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayonun müxtəlif kənd və qəsəbələrində vətəndaşları yerlərdə də fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.
Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan icra başçısı bu gün ucqar dağ kəndi olan Hacıalılarda qəbula gəlmiş 12 nəfər sakinin müraciətini dinləyib.
Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən internet, içməli su, yolların təmirinə köməklik göstərilməsi barəsində olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Hacıallılar kənd ağsaqqalı Əhmədov Qəzənfər Eyvaz oğlu Cənab Prezident İlham Əliyevin vətəndaşlarla bağlı tapşırıqlarını Şəmkir rayonunda uğurla icra etdiyinə görə Alimpaşa Məmmədova sakinlər adından minnətdarlıq edib: “Şükürlər olsun Cənab Prezidentimizin sayəsində xalqımız xoş, firavan, təhlükəsiz yaşayır. Kəndin də özünəməxsus xırda problemləri olur. Biz bilirik ki, Prezidentimiz bizim üçün gecə-gündüz çalışır və zamanla bu xırda problemlər də öz həllini tapacaq. Bu yağışlı, dumanlı havada bizimlə görüşə gəldiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Bir daha əmin olduq ki, Şəmkir sakinləri ilə görüş olanda heç nə sizin üçün əngəl ola bilməz”.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700), (050-511-21-61) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.