ŞƏMKİRDƏ GƏNC KADRA YENİ VƏZİFƏ VERİLDİ
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
İbrahimov Pərviz Sabir oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.
P.İbrahimov 8 avqust 1985-ci ildə Şəmkir şəhərində dünyaya gəlib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsini bitirib.
Ailəlidir, 2 övladı var.
P. İbrahimov son olaraq Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Pərviz İbrahimovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!