Şriftin ölçüsü :

Saytın rəngi :

ƏLİYAQUBLU KƏNDİNƏ YENİ İCRA NÜMAYƏNDƏSİ TƏYİN EDİLİB

15 aprel 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Qafarov Turan Dilman oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

T.Qafarov 1982-ci ildə Şəmkir rayonu Əliyaqublu kəndində dünyaya gəlib. Gürcüstan Aqrar Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirib.

Ailəlidir, 2 övladı var.

Müxtəlif vəzifələrdə çalışan T.Qafarov son olaraq Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Əliyaqublu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Turan Qafarovu təbrik edir, yeni işində uğurlar arzulayırıq!

Keçidlər