Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası Şəmkirdə baş tutub
Şəmkirdə Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Tədbirdə, Hökumətlərarası Komissiyanın fəaliyyəti və hər iki ölkə arasında iqtisadi əlaqələrin xüsusi əhəmiyyəti qeyd olunub. İclasda gündəlikdə duran məsələlər haqda, eləcə də iki ölkənin iqtisadi vəziyətinin inkişaf perspektivləri, energetika, kənd təsərrüfatı, ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil elm, nəqliyyat, gömrük, səhiyyə sahələrində birgə əməkdaşlığa dair müzakirələr aparıblar.Tədbirin sonunda Azərbaycan və Litva arasında iclasın yekunlarına dair protokol imzalanıb. Protokolu Azərbaycan Respublikasının Vergilər Naziri cənab Fazil Məmmədov və Litva Respublikasının xarici işlər Naziri cənab Linas Linkeviçiusun imzalamışlar.
İclas çərçivəsində Şəmkirdə 8-ci Azərbaycan-Litva biznes forumu da keçirilib. AZPROMO-nun təşkilatşılığı ilə reallaşan tədbirə 70-ə yaxın iş adamı qatılıb. Biznes forumda müxtəlif layihələrin təqdimatı keçirilib, yeni əməkdaşlıq imkanları müzakirə edilib, hər iki ölkənin iş adamları və sahibkarlar fəal əməkdaşlığa dəvət edilib.