"Bir ana üçün övladını təhlükəsiz şəraitdə böyütməkdən önəmli heç nə ola bilməz" - 127 MÜRACİƏT DİNLƏNİLİB
Cənab Prezident İlham Əliyevin əhalinin problemlərinin öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Şəmkir rayonunda daim diqqət mərkəzində saxlanılır.
Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, "xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” rəhbər tutaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.
Şəmkirə və şəmkirlilərə xidmət etməyin bir şərəf olduğunu bildirən Alimpaşa Məmmədov vətəndaşların şifahi qəbulu zamanı 127 nəfərin müraciətini dinləyib.
Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Alimpaşa Məmmədov vətəndaşların qəbulu zamanı bildirdi ki, Şəmkir əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.
"Bütün şəmkirlilər adından Prezidentimizə təşəkkürümüzü bildiririəm. Bu gün övladlarımızı təhlükəsiz şəraitdə böyüdürük. Bir ana üçün bundan önəmli heç nə ola bilməz. Sizdən xahiş edirəm ki, bu səmimi sözlərimizi hörmətli Prezidentimizə bildirin".
Bu sözləri isə Sabirkənd sakini Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun keçirdiyi vətəndaşların qəbulunda söyləyib.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700), (050-511-21-61) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.