Şriftin ölçüsü :

Saytın rəngi :

"ƏMİN OLUN Kİ, CƏNAB PREZİDENTİMİZ SİZLƏRLƏ NƏFƏS ALIR" - SARITƏPƏDƏ QƏBUL

10 aprel 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Alimpaşa Məmmədovun vətəndaşları Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı yerlərdə də fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün Sarıtəpə kəndində 20 nəfər sakinini fərdi şəkildə qəbul edib.

Qəbul zamanı Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir: “Əmin olun ki, Cənab Prezidentimiz xalqımızla nəfəs alır, hər saniyəsini Azərbaycanın çiçəklənməsinə, xalqımızın xoşbəxtliyinə sərf edir. Xalqımızın xoş əhvalda olması Cənab Prezidentimizin xoşbəxtliyidir”.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən elektrik dirəklərinin dəyişdirilməsi, içməli su, mübahisəli torpaq məsələsi barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər