ŞƏMKİRLİLƏR APREL ŞƏHİDLƏRİNİ QÜRURLA ANIB
Azərbaycan xalqı hər zaman öz vətənini sevmiş, onun uğrunda hər bir qəhrəmanlığa, hər cür mübarizəyə hazır olmuş, vətəni canından əziz tutmuşdur. Bunu aprel döyüşlərində bu millət uğrunda canından, qanından keçən şəhidlərimiz də göstərdilər.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev başda olmaqla bu millət bir tarix yazdı-“Aprel Zəfəri”.
Bəli, həmin gün Azərbaycanın “Aprel Zəfəri”ndə vətən uğrundan canından, qanından keçən mərd oğullarımız vardı. Onlar qanlarıyla vətənin müdafiəsinə qalxdılar, düşmənə Azərbaycan xalqının qüdrətini göstərdilər.
O, qəhrəman oğulların sırasında Vuqar Yusifov, Altun Dəmirli, Təbriz Əsgərov və Vusal Alıyev də vardı. Bu igid oğullar Vətən və millət uğrunda canlarından keçdilər. Vətən yolunda şəhid olmağa hazır olan və düşmənə üstün gələn ən mühüm əsaslardan biri “Ölsəm, şəhidəm, qalsam qəhrəman” inancını qoymuşdular qarşılarına. Çünki bu qərəman oğullar yurdunu sevir, millətinə xidmət etməyi şərəfli bir vəzifə bilirdilər.
Şəmkirlər Aprel şəhidlərinin əziz xatirəsini üçüncü ilində doğulub boya-başa çatdıqları yerlərdə andılar.
Şəmkir şəhərində, Şiştəpə, Düyərli kəndi və Kür qəsəbəsində keçirilən tədbirlərdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, YAP Şəmkir rayon təşkilatının fəalları və gənclər, Qarabağ Qaziləri, sakinlər, şəhidin yaxınları, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar iştirak ediblər.
Hərkəs hüzünlüydü şəhidlərin hüzurunda. Anaların gözləri hələdə övladlarını gözləyirmiş kimi baxırdı ətrafa. Amma bir də qürurlu atalar dayanmışdı. Oğlları ilə fəxr edən atalar. Yaraşırdıda ataya o məğrur dayanış. Çünki Vuqar, Təbriz, Vusal və Altun kimi oğul vermişdilər vətənə.
Məktəblilərin hazırladığı bədi kompozisyalar da Aprel Zəfərini qanları ilə yazmış igidləri misralarda anladırdı. Çiyinlərində hələ çanta daşıyan o balaca mirvarilər millətinin mərd oğullarını qəhrəmanlıq şerləri ilə andılar.
BÜTÜN ŞƏHİDLƏRİMİZƏ ALLAH RƏHMƏT ELƏSİN!