Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirlilər Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsini böyük sevinclə qeyd ediblər

08 aprel 2019 | 16:00

Azərbaycan Respublikasının əhalisinin sayının 10 milyon nəfərə çatması ölkəmizin hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Şəmkir rayonunun sakinləri tərəfindən də böyük sevinclə qarşılanıb.

Əlamətdar hadisə münasibətilə Şəmkir şəhərindəki Heydər Əliyev adına parkda geniş bayram konserti təşkil olunub.

Tədbirdə çıxış edənlər Azərbaycanın 10 milyonuncu vətəndaşının doğulması münasibətilə onun valideynlərini və xalqımızı təbrik edib.

Bildirilib ki, dünyanın bir çox ölkələrində əhalinin sayında azalma müşahidə olunur. Lakin Azərbaycanda əhalinin sayı dinamik şəkildə artır. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanılmasına imkan yaradır.

Sonra 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə təşkil edilən konsetin iştirakçıları rayonun mədəniyyət və incəsənət kollektivlərinin, Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin rəngarəng çıxışlarını, maraqlı ifalarını izləyiblər.

Rayon sakinləri rəngarəng musiqi nömrələrini böyük maraqla dinləyiblər.

Keçidlər