Şriftin ölçüsü :

Saytın rəngi :

"ƏMİN OLUN Kİ, SİZİN ÜZÜNÜZDƏ XOŞBƏXLİK GÖRƏNDƏ CƏNAB PREZİDENTİMİZ DAHA ÇOX XOŞBƏXT OLUR" - ALİMPAŞA MƏMMƏDOV

05 aprel 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov vətəndaşların növbəti qəbulunu keçirib. Hər zaman olduğu kimi bu günki qəbulunda da insanlar böyük ümidlə gəlmişdirlər.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.
Şəmkirə və şəmkirlilərə xidmət etməyin bir şərəf olduğunu bildirən Alimpaşa Məmmədov vətəndaşların şifahi qəbulu zamanı 156 nəfərin müraciətini dinləyib.

Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir: “Sizlərə xidmət etməkdən də şərəf duyuruq. Əmin olun ki, xalqımızın üzündə sevgi ,xoşbəxtlik görəndə Cənab Prezidentimiz daha çox xoşbəxt olur. Bizm borcumuz isə sizə o xoşbəxtliyi nəsib etməkdir”.

Qəbul zamanı vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700), (050-511-21-61) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

Keçidlər