Şriftin ölçüsü :

Saytın rəngi :

"BU YAZ ÖZÜN BİR TƏBİƏT YARAT!" - ŞƏMKİRDƏ AĞACƏKMƏ AKSİYASI

06 aprel 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev də iştirak edib.

Aksiyada 5 hektar ərazidə 3000 ədəd müxtəlif meyvə və meşəcinsli ağac əkilib.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun digər ünvanlarında əkilmiş minlərlə müxtəlif ağaclar da daim nəzarətdədir.

Onların sulanması üçün suvarma sistemləri quraşdırılmışdır.

Bununla yanaşı, quruculuq-abadlıq tədbirləri çərçivəsində Şəmkir rayonunda əhalinin istirahəti üçün parklarda bütün lazımı şəraiti yaradılmış, əkilmiş bütün ağac və dekorativ kollara mütəmadi olaraq müvafiq aqrotexniki qulluğun göstərilməsi təmin edilmişdir.

İnsanların zövqünü oxşayan estetik görüntünün yaradılması üçün bütün müvafiq işlər görülür. Əhali cari yaz mövsümündə artıq parklara üz tutub.

Keçidlər