Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirlə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması barədə niyyət protokolu imzalanıb

22 oktyabr 2014 | 15:00

Oktyabrın 22-də Şəmkir şəhərində Azərbaycan ilə Litva arasında “Qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında” Niyyət Protokolu imzalanıb.
  Niyyət Protokolinu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Şaulyay şəhərinin meri Yustinas Sartauskas imzalayıblar.
İmzalanma mərasimində bildirilib ki, regionlar arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin qurulması və inkişaf etdirilməsi ümumilikdə ölkələr arasında münasibətlərin dərinləşdirilməsinə imkan verəcək. Azərbaycanın Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması bu prosesə mühüm bir töhfə olacaq.
“Qardaşlaşmış şəhərlər münasibətlərinin yaradılması haqqında” Niyyət Protokoluna əsasən, gələcəkdə Şəmkir şəhəri ilə Şaulyay şəhəri arasında qarşılıqlı əlaqələrin qurulması, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

 

Keçidlər