Şriftin ölçüsü :

Saytın rəngi :

"O illəri xatırlayanda bu gün Prezidentimizin bizim üçün hansı işləri gördüyünün şahidi oluruq" - Çənlibel ağsaqqalları

03 aprel 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün Çənlibel kəndində 57 nəfər sakinin müraciətini fərdi qaydada dinləyib.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Alimpaşa Məmmədovun vətəndaşları Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı yerlərdə də fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, suvarma suyu və mübahisəli torpaq məsələləri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Kənd sakini Abdullayev Fərman Vəkil oğlu müraciəti zamanı Prezident Cənab İlham Əliyevin xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətdə atdığı addımlar yüksək qiymətləndirib və Çənlibel sakinləri adından Cənab Prezidentə minnətdarlıq edib: “Bizə canımız qədər əziz olan Cənab Prezidentimizi çox sevirik. Bizim üçün yaratdığı şəraitə görə Prezidentimizə dərin təşəkkürümüzü bildirirk. 90-cı illəri xatırlayanda Prezidentimizin bizim üçün necə can yandırdığını, ölkəmizin çiçəklənməsi üçün hansı işlər gördüyünün şahidi oluruq”.

Keçidlər