Yeni təyinat
2005- ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Yerquruluşu və Torpaq Kadasdırı fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 2006 – cı ildən 2013 – cü ilin sentyabr ayınadək , Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir Rayonlararası Yerquruluşu idarəsində mühəndis işləmiş, 2013- cü ilin sentyabr ayından 2014 – cü ilin oktyabr ayının 19 dək Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Aparatında Sənədlərlə və Vətəndaşlarla iş şöbəsində məsləhətçi vəzifəsində işləmişdir.
20 oktyabr 2014 – cü il tarixdə İbrahimli Adil Xəqani oğlu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir Rayonlararası Yerquruluşu idarəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Şəhid ailəsidir, ailələidir 1 övladı var.
Yusibov Kamil Astan oğlu 26 fevral 1960 – cı ildə Ermənistan Respublikası Vardenis rayonu Böyük Məzrə kəndində anadan olmuş,1982 – ci ildə S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Yerquruluşu fakültəsini bitirmişdir.
22 fevral 2011 ci ildən 20 oktyabr 2014 – cü il tarixədək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir Rayonlararası Yerquruluşu idarəsinin müdiri vəzifəsində işləmişdir.
21 oktyabr 2014 – cü il tarixdə Yusibov Kamil Astan oğlu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.
Ailəlidir 2 övladı var.