Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI ŞEİDLƏR SAKİNLƏRİNİ FƏRDİ QƏBUL EDİB

28 mart 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Alimpaşa Məmmədovun vətəndaşları Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı yerlərdə də fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan icra başçısı bu gün Şeidlər kəndində 17 nəfər sakinin müraciətini dinləyib.

Qəbula gələnlərin böyük əksəriyyəti icra başçısından kəndə internet çəkilməsi üçün köməklik göstərməsini xahiş ediblər.

Kənd sakini Tağıyeva Nargilə İman qızı bildirib ki, Şeidlər dağlıq ərazidə yerləşməsinə baxmayaraq rayonun ən inkişaf etmiş kəndlərindən biridir: “Bir şəhid ailəsi kimi Cənab Prezidentə çox təşəkkür edirik. Bizlər üçün hər bir imkanı yaradıb, hər zaman qayğısını üzərimizdə hiss edirik. Kəndimizdə də heç bir problem yoxdur. Qazımız, işığımız, suyumuz fasiləsiz verilir. Kəndimizdə bircə problem var. Sakinlərin çoxunun xaricdə işləyən ailə üzvləri var. İnternet olmadığı üçün onlarla əlaqə saxlamaqda çətinlik çəkirik”.

Kənd sakinlərinin xahişini nəzərə alan icra başçısı bu məsələnin tezliklə həllini tapması üçün tapşırıqlar verib. İcra başçısı bildirib ki, bu qədər inkişaf etmiş, çoxlu sayda xaricdə sakini olan bir kəndin interneti niyə olmasın?

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər