KEÇİLİ KƏND SAHİBKARLARINDAN ÖRNƏK ADDIM
Bu gün ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edir.
Bu gün Şəmkirdə fəaliyyət göstərən iş adamlarımızın rayon rəhbərliyinə inamı onlar üçün yaradılan münbit şəraitin nəticəsidir ki sahibkarlarımız öz doğma rayonlarına investisiya yatırırlar.
Eyni zamanda rayonun sosial layihələrinin həyata keçirilməsində yaxından iştirak edirlər.
Bu günlərdə Şəmkir rayon İcra Hakimiyyəti başçısının Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşəbbüsü, yerli sahibkarların dəstəyi ilə kəndin mərkəzi küçəsindən keçən, həyatyanı sahələrin suvarılması məqsədilə istifadə olunan arxda suyun itkiyə getməməsi üçün beton borularla çəkilişi həyata keçirilib.
Kənd sakinləri görülən xeyriyyə işində iştirakı olan hər kəsə öz təşəkkürlərini bildiriblər.