Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISI QARACƏMİRLİDƏ SAKİNLƏRİ FƏRDİ QƏBUL EDİB

27 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası Şəmkir Rayon İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün rayonun Qaracəmirli kənd sakinlərini fərdi şəkildə qəbul edib.

Vaxtaşırı keçirilən qəbullarda əhalinin qaldırdığı məsələlər operativ şəkildə həll olunmasına çalışan Şəmkir Rayon İcra Hakimiyyətinin bu qayğıkeşliyi nəticəsində qəbula gələn vətəndaşlar öz arzu və istəklərini rayon rəhbərinə çatdırır, müraciət etdikləri məsələrə konkret cavab alırlar. Bu gün rayon İcra Hakimiyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri şəmkirlilərə hər zaman Cənab Prezident İlham Əliyevin qayğısını hiss etdirməkdir.

Bu gün isə Qaracəmirlidə ümumilikdə rayon İcra Hakimiyyəti başçısı tərəfindən 43 nəfər vətəndaş qəbul olunaraq dinlənilib.

Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər sosial problemlər, mübahisəli torpaq məsələsi barədə, qaz, işıq, su problemlərinin aradan qaldırlması olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Sakinlər qəbul zamanı onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirərək, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıq ediblər.

Keçidlər