Şriftin ölçüsü :

Saytın rəngi :

"ÖLKƏMİZİ TANIYAQ" İŞTİRAKÇILARI ŞƏMKİRLƏ TANIŞ OLUBLAR

23 mart 2019 | 16:00

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, İmişli və Füzuli rayonlarının məktəblilərindən ibarət qruplar martın 23-də Şəmkir rayonuna səfər ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan məktəblilərlə görüşüb, onlara Şəmkirdə mənalı istirahət arzulayıb.

İcra başçısı əvvəlcə Şəmkir rayonu haqqında məktəblilərə məlumat verib, bu layihənin onların gələcək inkişafındakı əhəmiyyətindən danışıb.

Görüşdən sonra Şəmkir Heydər Əliyev Mərkəzi və Şəmkir şəhər Parkı ilə tanış olan "Ölkəmizi tanıyaq" iştirakçıları daha sonra Şəmkir Tarix-Diyarşünaslıq muzeyində, Alman lüteran kilsəsində, Şəmkir Gənclər Mərkəzində olublar.

Məktəblilər Şəmkir rayonundan xoş təəssüratlarla ayrılıblar.

 

Keçidlər