"İCRA BAŞÇISININ ŞAGİRDLƏRƏ BELƏ DİQQƏTİ BİZƏ ƏLAVƏ STİMUL VERİR" - ƏLAÇI ŞƏMKİR MƏKTƏBLİSİ
Bu gün Şəmkir rayonunda daim diqqət mərkəzində saxlanılan təhsil sahəsi qazanılan uğurları, əldə olunan yüksək göstəriciləri ilə fərqlənir.
İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıya öz töhfəsini verir.
Rayonun əlaçı və fəal gəncləri hər zaman rayon rəhbərinin diqqət mərkəzində saxlanılır, tez-tez onlarla görüşüb istəkləri dinlənilir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva belə məktəblilərdən biri olan Natiq Abbasov adına Aşağı Seyfəli kənd orta məktəbin əlaçı şagirdi Cəfərzadə Səma Lətif qızı ilə görüşüb.
10-cu sinif şagirdi Səma Cəfərzadə ilə səmimi söhbət edən Aynur Abdullayeva məktəblinin təhsili, üzləşdiyi problemlərlə maraqlanıb və geniş fikir mübadiləsi aparıb, ona müəyyən tövsiyyələrini verib.
Görüş zamanı Səma Cəfərzadə xüsusi diqqətə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova və Aynur Abdullayevaya təşəkkürünü bildirib, şagirdlərə göstərilən bu dəstəyin onlar üçün bir stimul olduğunu bildirib. Gələcəkdə müəllim olmaq istəyən Səma bundan sonra daha qətiyyətli addımlarla amalına çatmaq üçün addımlayacağını bildirib.
Görüşün sonunda Aynur Abdullayeva Şəmkir Rayon İcra Hakimiyyəti adından Səma Cəfərzadəyə kiçik hədiyyə təqdim edib, məktəbli ilə xatirə şəkli çəkdirib.