Şriftin ölçüsü :

Saytın rəngi :

"ÇÖRƏYİ TORPAQDAN ÇIXANLARIN EHTİYACININ ÖDƏNİLMƏSİ VACİB ŞƏRTLƏRDƏNDİR" - ALİMPAŞA MƏMMƏDOV

18 mart 2019 | 16:00

Bu gün Şəmkirdə yaz mövsümünə hazırlıq çərçivəsində əhalini içməli və suvarma suyuna olan təlabatının ödənilməsi ilə bağlı geniştərkibli iclas keçirilib.

İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra nümayəndələri və bələdiyyələr, aidiyyəti qrumların rəhbərləri və əməkdaşları, Sudan İstifadə Edənlər Birliyinin sədrləri iştirak ediblər.

Müşavirədə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, çörəyi torpaqdan çıxan fermerlərin suvarma suyuna olan ehtiyacının ödənilməsi vacib şərtlərdəndir.

İcra başçısı bildirib ki, bu ilin yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək məqsədilə Şəmkir rayonunda bir sıra tədbirlər həyata keçirilib. Belə ki, ötən il Seyfəli zonasında 16 min 462 nəfər əhalinin yaşadığı ərazini su ilə təmin edən “Kotançı” arxı (uzunluğu 24 km), Zəyəm Cırdaxan-İrmaşlı-Şiştəpə kəndlərini əhatə edən 8 mart kanalı (25 km) əsaslı təmir edilərək əhalinin istifadəsinə verilib və Çinarlı qəsəbəsini su ilə təmin edən Açı arxda (uzunluğu 5 km) təmir işləri yekunlaşdırılıb.

Eyni zamanda, rayonun subartezian quyularının istismarı idarəsi tərəfindən 796 ədəd subartezian quyusunun normal fəaliyyəti təmin edilmişdir.

Məlumat üçün qeyd edək ki, ötən il Şəmkir rayonunun şimal-qərb bölgəsində yerləşən 38 min nəfər əhalinin yaşadığı Zəyəm Cırdaxan, Sabirkənd. Düyərli, İrmaşlı kəndlərinin və Zəyəm qəsəbəsini su ilə təmin edən Alıbəy kanalında (uzunluğu 23,7 km) təmir bərpa işlərinə başlanılıb.

Hazırda su itkisini azaltmaq məqsədi ilə kanalın Zəyəm çayından başlanan hissəsindən 7 km-lik məsafənin borulara götürülməsi məqsədilə daxili imkanlar hesabına 1 milyon manatdan çox olan 730 mm-lik boru tədarük olunub və boru xəttinin quraşdırılmasına başlanılıb.

Keçidlər