Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR MƏKTƏBLİLƏRİ QƏBƏLƏDƏ OLUB

18 mart 2019 | 16:00

ŞƏMKİR MƏKTƏBLİLƏRİ QƏBƏLƏDƏ OLUB

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səyahətə çıxan Şəmkir məktəbliləri martın 17-də Qəbələ rayonunun müasir istehsal müəssisələri, tarixi məkanları, turizm və istirahət mərkəzləri ilə tanış olublar.

Tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, binanın birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar, ikinci mərtəbəsində isə 1200 yerlik çoxfunksiyalı konfrans zalı yerləşir. Bu zal kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir.

Qəbələ konserv zavodunda olan məktəblilərə məlumat verilib ki, burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi, həmçinin sərinləşdirici işçilər istehsal olunur.

Məktəblilərin Qəbələ ilə tanışlığının növbəti ünvanı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub.
Məktəblilər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri, gözəl mənzərəni seyr edib, xatirə şəkli çəkdiriblər.
“Qəbələnd” İstirahət və Əyləncə Mərkəzinə ekskursiya da məktəblilərin ürəyincə olub.

Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsində olublar.
Məktəblilərin Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna ekskursiyaları da maraqlı keçib.

Keçidlər