ŞƏMKİR ELEKTRİK ŞƏBƏKƏSİNƏ YENİ RƏİS TƏYİN EDİLİB
Şəmkir Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə yeni təyinat baş tutub.
Belə ki, “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vuqar Əhmədovun müvafiq əmrinə əsasən Samir Rəsulzadə Şəmkir Elektrik Şəbəkəsinin rəisi təyin edilib.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi Elmar Seyodov və Şəmkir Elektrik Şəbəkəsinin yeni rəisi Samir Rəsulzadəni qəbul edib.
Alimpaşa Məmmədov ilk öncə qonaqları salamlayıb və yeni təyinat almış S.Rəzulzadəni təbrik edərək, ona şərəfli və məsuliyyətli işində uğurlar arzulayıb.
Samir Rəsulzadə də öz növbəsində Alimpaşa Məmmədova və bütün şəmkirlilərə göstərilən dəstəyə və diqqətə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Samir Rəsulzadə bundan öncə Göygöl Elektrik Şəbəkəsinin rəisi vəzifəsində çalışıb.
ŞƏMKİR RAYON İCRA HAKİMİYYƏTİ VƏ BÜTÜN ŞƏMKİRLİLƏR ADINDAN SAMİR RƏSULZADƏNİ TƏBRİK EDİR, İŞLƏRİNDƏ UĞURLAR ARZULAYIRIQ!