GƏNCƏ-QAZAX-GÜRCÜSTAN AVTOMOBİL YOLUNUN YENİ LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLİB
Bu gün Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun çəkilişilə bağlı görüş keçirilib.
Görüşdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, podratçı şirkətin nümayəndə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Podratçı Özgün şirgəti tərəfindən Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun layihəsinin təqdim edildiyi görüşdə layihənin mahiyyəti, müddəti, ətraf mühitə, sosial sahəyə və iqtisadiyyata, o cümlədən tikinti müddətində yerli girişin təşkilinə mümkün təsirlərə aid məlumatlar verilib.
Təqdimat zamanı bildirilib ki, yeni çəkiləcək avtomobil yolunun eni 27,5 metr, hərəkət hissəsi 15 metrdir. Bundan əlavə, yolda 16 ədəd körpü, 14 ədəd keçid və 163 ədəd suötürücü boruların quraşdırılması və ya yenidən bərpa olunması nəzərdə tutulur.
Ümumilikdə Layihə yolunun 16 km ərazisində yol yenidən qurulacaq. Yerdə qalan hissəsində mövcud yolun genişləndirilməsi planlaşdırılır.