Kür qəsəbə Xəstəxanasında təmir işləri davam edir
13 mart 2019 | 16:00
.
Bu gün rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Milli Məclisin deputatı Kamran Bayramov Kür qəsəbə Xəstəxanasında aparılan təmir işlərinin gedişatı ilə tanış olublar.
İş icraçıları bildirib ki, 2018-ci ilin əvvəllindən təmirinə başlanılan tibb müəssində artıq söküntü işləri tam başa çatdırılıb. Təmir bərpa işlərinin bir qismi yekunlaşıb. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Yenilənən səhiyyə ocağında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün zəruri imkanlar yaradılacaq. Xəstəxana binası müasir inventar və avadanlıqla tam təchiz ediləcək.