Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov rayon gəncləriylə görüşmüşdür.

16 oktyabr 2014 | 15:00

Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov Şəmkir şəhər Əhməd Cavad adına mədəniyyət mərkəzində rayon gəncləri ilə görüş keçirmişdir.Tədbiri Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov açmışdır. O, çıxışında qeyd etmişdir ki,  2014-cü il ərzində Şəmkir rayon Gənclər və İdman idarəsi tərəfindən tədbirlər planına uyğun olaraq Gənclər sahəsi üzrə Dövlət gənclər siyasətinin və Heydər Əliyev irsinin təbliği, vətənpərvərlik hissinin gücləndirilməsi, bilik və bacarıqlı gənclərin üzə çıxarılması, əlamətdar günlərin qeyd olunması ilə bağlı  28 tədbir keçirilib, həmin tədbirlərdə cəmi  5728 nəfər Şəmkirli gənc iştirak etmiş, tədbirlər planından əlavə gənclər sahəsi üzrə də 9 tədbir keçirilmişdir ki, bu tədbirlərdə isə cəmi 1140 nəfər şəmkirli gənc iştirak etmişdir.
        Sonra Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədov gənclər qarşısında geniş məruzə ilə çıxış etmiş, gənclərə tövsiyyə və tapşırıqlarını vermiş və bildirmişdir ki, Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanmışlar.Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Ümummilli Lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olmuşdur. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir.
      Rayon İcra Hakimiyyətinin Başçısı rayonda görüləcək işlərdən,yeni layihələrdən xüsusən də Respublikada ilk olaraq Şəmkirdə Aqropark kompleksinin yaradılması layihəsindən geniş bəhs etmişdir. Bu layihə reallaşdıqdan sonra minlərlə Şəmkirli gəncin işlə təmin olunacağını bildirmişdir.
      Gənclərin bir qismi çixış edərək onları maraqlandıran problemləri qeyd etmişlər.
     Sonra tədbirdə iştirak edən gənclər onlara paylanmış anketlərdə öz təklif və problemlərini yazaraq təqdim etmişlər.

Keçidlər