Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə “Novruz Bayramı Yarmarkası” təşkil edilir

09 mart 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin 20 yanvar küçəsində“Novruz Bayramı Yarmarkası” təşkil edilir. Əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Rayonda süni qiymət artımının qarşısının alınması məqsədilə təşkil edilən yarmarkada 10-a yaxın yerli istehsal müəssisəsi və şirkət alıcılara bazar qiymətindən daha aşağı olan müxtəlif ərzaq malları, un, quş əti, yumurta, pendir, şirniyyat, meyvə şirələri, konyak, araq, makaron, balıq və digər məhsullar təqdim ediblər. Həmçinin 150-ə yaxın kənd təsərrüfatı məhsulu istehsalçısı özünün yetişdirdiyi meyvə-tərəvəz və süd məhsullarını, mal və qoyun ətini, bal və bostan məhsullarını, göyərti, süd, qatıq, meyvə şirəsi, yumurta, toyuq və digər qida məhsullarını yarmarkaya çıxarıb.

Təklif olunan məhsullar bazar qiymətindən 25-30 faiz ucuzdur.

Alıcılar yaradılan şəraitdən və qiymətlərdən razılıqlarını bildiriblər.

Keçidlər