İcra başçısı Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun çəkilişilə bağlı hazırlıq işləri ilə maraqlanıb.
Son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən məqsədyönlü işlərdən biri də yol infrastrukturunun yenidən qurulması ilə bağlı atılan uğurlu addımlardır.
Həmin Dövlət Proqramı çərçivəsində Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun tikintisi də bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yol çəkilişi ilə bağlı görülən işlərlə tanış olmaq üçün podratçı şirkətin nümayənbdələri ilə yerində görüş keçirib.
Görüş zamanı görülən işlər barədə məlumat verərək bildirib ki, yeni çəkiləcək avtomobil yolunun eni 27,5 metr, hərəkət hissəsi 15 metrdir. Bundan əlavə, yolda 16 ədəd körpü, 14 ədəd keçid və 163 ədəd suötürücü boruların quraşdırılması və ya yenidən bərpa olunması nəzərdə tutulur. Ümumilikdə Layihə yolunun 16 km ərazisində yol yenidən qurulacaq. Yerdə qalan hissəsində mövcud yolun genişləndirilməsi planlaşdırılır.
Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmnədov Gəncə-Qazax-Gürcüstan magistiralının yenidən qurulması münasibətilə şəmkirlilər adından Cənab Prezident İlham Əliyevə təşəkkür edib və bu yolun Şəmkir üçün strateji əhəmiyyətini vurğulayıb.
Eyni zamanda icra başçısı işin son gününə kimi tikintinin icraçıları üçün Şəmkirdə bütün imkanlardan istifadə edərək lazımi şərait yaradılacağını və İcra Hakimiyyəti və şəmkililər tərəfindən dəstək göztəriləcəyini bildirib.
.