Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRDƏN XARİCƏ İXRAC OLUNDU, 216 MİLYON MANAT ƏLDƏ EDİLDİ

06 mart 2019 | 16:00

Ötən il Şəmkir rayonundan xarici ölkələrə müxtəlif çeşiddə 139 min 600 ton kənd təsərrüfatı məhsulu ixrac edilib.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Rauf Quliyev bildirir ki, rayonda fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal olunan məhsulların böyük hissəsi Rusiya Federasiyasına ixrac olunub.

Tərəvəz ixracında da 2017-ci illə müqayisədə xeyli artım olub.

Belə ki, ötən il 116 min 943 ton pomidordan 78 min 500 tonu, 23 min 215 ton xiyardan 20 min 500 tonu, 41 min 12 ton xurmadan 38 min 600 tonu, 20 min 803 ton göyərtidən isə 2 min tonu xarici bazarlara çıxarılıb.

Ötən il Şəmkir rayonundan xaricə bu məhsulların ixrac edilməsi nəticəsində Azərbaycana 216 milyon 546 min manat vəsait daxil olub. Sahibkarlar tərəfindən pomidor ixracından 133 milyon 450 min manat, xiyardan 27 milyon 880 min manat, xurmadan 52 milyon 496 min manat, göyərti ixracından isə 2 milyon 720 min manat ölkəmizə gəlir daxil edilib.

Keçidlər