Şriftin ölçüsü :

Saytın rəngi :

BU KƏNDİMİZDƏ 3.5 MİLYON MANAT İNVESTİSİYA QOYULUB

06 mart 2019 | 16:00

zərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq 2018-ci ildə də Şəmkir Rayonu İcra Hakimiyyətində rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülmüşdür.

Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində ötən il rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər xidmət sahələrinə 53 milyon 131 min manat investisiya qoyuluşu həyata keçirilmişdir.

2018-ci ildə rayonda ən çox investisya qoyuluşu rayonun Təzəkənd kəndində ( 3 milyon 500 min manat) həyata keçirilmişdir.

Bu istiqamətdə görülən işlər baxımından Zəyəm Cırdaxan kəndi 3 milyon manatla ikinci, Düzqışlaq (2 milyon 200 min manat) və Aşağı Seyfəli (2 milyon 110 min manat) kəndləri isə müvafiq olaraq üçüncü, dördüncü sıradadır.
Bundan başqa Qılıncbəyli (730 min manat), Çinarlı qəsəbəsi ( 570 min manat), Dəllər qəsəbəsi (542,5 min manat), Dəllər Cəyir (340 min manat), Qaracəmirli (300 min manat), Kür qəsəbəsi, (384 min manat), Yeni Həyat (286 min manat) və Düyərli (285 min manat) kəndləri də investisya qoyulmasına görə fərqlənə bilib.

Onu da qeyd edək ki, Şəmkir rayonunda son illər istifadəyə verilmiş və 2018-ci ildə fəaliyyətə başlamış istehsal müəssisələrində məhsul buraxılışı qaydaya salınmış, onların normal fəaliyyətləri üçün müvafiq köməklik göstərilmişdir.

Keçidlər