Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev 1 noyabr 2006-cı ildə Şəmkir şəhərində, Bakı-Qazax yolunun kənarında Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimində iştirak etmişdir

02 noyabr 2006 | 16:00

Mərasimə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri, idmançılar Prezident İlham Əliyevi mehribanlıqla, hərarətli alqışlarla qarşıladılar.
Prezidentə Olimpiya İdman Kompleksi barədə ətraflı məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulmuş bu kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, idman meydançası, su hovuzu, iki tennis kortu, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, maşınlar üçün dayanacaq və birmərtəbəli kotteclər daxildir. Tikintisi iki il ərzində başa çatacaq kompleksin layihəsini Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Azərinşaatlayihə" institutu vermişdir.
Azərbaycan Prezidenti "Bu kompleksin təməli 1 noyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur" sözləri yazılmış vərəqi imzalayaraq, kapsulun içərisinə qoydu. Kapsul obyektin bünövrəsinə qoyuldu, Prezident İlham Əliyev bünövrəyə ilk beton qarışığını tökdü, tikintiyə xeyir-duasını verdi.
Sonra təməlqoyma münasibətilə mərasim keçirildi.
Azərbaycan Prezidenti mərasimdə nitq söylədi.

Keçidlər