İCRA BAŞÇISI BU GÜN 164 NƏFƏR SAKİNİN MÜRACİƏTİNİ DİNLƏYİB
Hamıya məlumdur ki, dövlətimizin başçısı Cənab İlham Əliyev yürütdüyü siyasətdə həmişə vətəndaş amilinə önəm verib. Məhz bu siyasətin çox diqqətçəkici istiqamətlərindən biri də onun vətəndaşlarla bağlı prinsiplərə söykənməsdir.
Burada isə sosial siyasətin əsas məğzi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir.
Bu gün Cənab Prezidentin vətəndaş amilinin önə çəkilməsi siyasəti Şəmkir rayonunda uğurla icra olunur.
Bu işlərin bir parça kimi Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov həm rayonun müxtəlif kənd və qəsəbələrində səyyar qəbullar keçirir, vətəndaşları fərdi qəbul edir, həm də hər həftənin 5-ci günü İcra Hakimiyyətinin inzibati binasında sakinləri qəbul edir.
Şəmkir sakinlərinin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu günki qəbulunda da insanlar böyük ümidlə gəlmişdirlər.
İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.
Vətəndaşların şifahi qəbulunda 164 nəfərin müraciəti dinlənilib.
Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti su, torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.