Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə icra başçısının fərdi qəbulu davam edir

27 fevral 2019 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təsdiq olunmuş qrafikə uyğun olaraq bu gün Yeniabad kəndində 32 nəfər sakinin müraciətini fərdi qaydada qəbul edib.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Alimpaşa Məmmədovun vətəndaşları Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı yerlərdə də fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün də Yeniabad kənd sakinlərinin müraciətlərini diqqətlə dinləyərək mövcud problemlərin aradan qaldırılması üçün lazımi tapşırıqlarını verib.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, suvarma suyu və mübahisəli torpaq məsələləri barədə olub.

Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər