Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR RİH DAHA BİR İLKİ GERÇƏKLƏŞDİRDİ

22 fevral 2019 | 16:00

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin icra strukturları qarşısında müəyyənləşdirdiyi ciddi tələblərdən biri də vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə ciddiliklə yanaşılması ilə bağlıdır.

Şəmkir Rayon İcra Hakimiyyəti də fəaliyyətini bu tələblər çərçivəsində quraraq vətəndaşların qəbulunun təşkili, onların müraciətlərinə vaxtında baxılması, icra aparatında nizam-intizamın gücləndirilməsi üçün zəruri tədbirlər görür. Rayon rəhbərliyinə edilən müraciətlər cavabsız qalmır, vətəndaşların problemlərinin aradan qaldırılması üçün mütəmadi işlər görülür.

Vətəndaşların Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət imkanları sırasında şifahi, yazılı, telefon və elektron müraciət xidməti formaları fəaliyyət göstərməkdədir.

Bütün bu işlərin davamı olaraq Şəmkir Rayon İcra Hakimiyyəti daha bir yeniliyə imza atıb.

Belə ki, İcra Hakimiyyətləri arasında ilk dəfə Şəmkir RİH-in rəsmi saytında (shamkir-ih.gov.az) vətəndaşların şikayət və təkliflərini asanlaşdırmaq üçün 24 saat Online ünsiyyət sistemi yaradılıb.

Vətəndaşların günün istənilən vaxtı Online ünsiyyət sistemi vasitəsilə təkcə qarşılaşdıqları problemlər barədə deyil, həm də öz təklif və mülahizələrini bildirirə bilərlər.

Onları maraqlandıran suallar isə anında operatorlar tərəfindən cavablandırılacaqdır.

 

Keçidlər