İCRA BAŞÇISI GÖRÜŞ KEÇİRİB
21 fevral 2019 | 16:00
Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sədri Xalqverdi Hüseynovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları salamlayaraq, onları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Xalqverdi Müseynov Şəmkirdə keçiriləcək “Süni balıqartırma göllərinin yaradılması” ilə bağlı sahibkarlarla görüşün məqsədi haqqında danışıb.