Şriftin ölçüsü :

Saytın rəngi :

"XALQIMIZIN XOŞ ƏHVALDA OLMASI CƏNAB PREZİDENTİMİZİN XOŞBƏXTLİYİDİR"

20 fevral 2019 | 16:00

İcra başçısı Kür qəsəbəsində 98 nəfər sakinin müraciətini dinləyib

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun istər kəndlərdə keçirdiyi səyyar görüşlər, istərsə də vətəndaşları fərdi şəkildə qəbul etməsi, hətta, vətəndaşın müraciətinə əsasən yaşadığı ünvana getməsi bir amala xidmət edir ki, o da vətəndaş məmnunluğuna nail olmaqdır.

Alimpaşa Məmmədovun vətəndaşları Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı yerlərdə də fərdi şəkildə qəbul etməsi, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verməsi artıq bir ənənə halını alıb.

Hər zaman sakinlərin qayğı və problemləri ilə maraqlanan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı bu gün Kür qəsəbəsində 98 nəfər sakinini fərdi şəkildə qəbul edib.

Qəbul zamanı Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin siyasətindən bəhrələnərək əsas məqsədimiz vətəndaşlara layiqli xidmət etməkdir: “Xalqımızın xoş əhvalda olması Cənab Prezidentimizin xoşbəxtliyidir”.

Sakinlər tərəfindən səsləndirilən müraciətlər əsasən sosial yardım, içməli su, mübahisəli torpaq məsələsi barədə olub.
Fərdi qəbulda bır sıra məsələlər yerindəcə həllini tapıb. Digər problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.

Keçidlər