Şriftin ölçüsü :

Saytın rəngi :

DÜYƏRLİ KƏNDİNİN QAZ TƏCHİZATINDA YARANAN PROBLEMLƏR ARADAN QALDIRILIR

19 fevral 2019 | 16:00

Şəmkir rayonu Düyərli kəndinin “mavi yanacaq”la təchizatının yaxşılaşdırılması üçün əlavə qaz xəttinin çəkilişinə başlanılıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov işlərin gedişatı ilə tanış olmaq üçün qaz xəttinin çəkildiyi əraziyə baxış keçirib.

İcra başçısına məlumat verilib ki, “Azəriqaz” İB tərəfindən 250 millimetirlik borularla çəkilən təbbi qaz xətti Düyərli kəndinin qaz təchizatında yaranan problemləri tamamilə aradan qaldıracaq və tikinti işləri yekunlaşdıqdan sonra kənddə yaşayan 3 minə yaxın abonentin yüksəktəzyiqli təbii qazla təchizatı təmin olunacaq.

Yaşayış məntəqələrində qazın təzyiqi aşağı olduğundan yeni mənbədən 4 min 200 metr məsafədən polietilen borularla yeraltı xətt çəkilir.

Məlumat verilib ki, qaz xəttinin çəkilişi qısa zamanda yekunlaşdırılacaq. Tikinti işlərinin getdiyi müddətdə ərazidəki kəndlərə “mavi yanacağ”ın verilişində

məhdudiyyət yaranmayacaq.

Keçidlər