Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏYƏM QƏSƏBƏSİNİN İÇMƏLİ SU TƏMİNATI YAXŞILAŞDIRILIR

19 fevral 2019 | 16:00

Bu gün Şəmkir rayonun içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilir.

Zəyəm qəsəbəsində də mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi nəzərə alınaraq 2019-cu ildə qəsəbənin su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib.

Bu məqsədlə icra olunan layihə çərçivəsində qəsəbədə 300-dən artıq ailənin içməli su ilə təzhiz edən subartezan quyusunun köhnə 40 tonluq su çəni, 100 tonluq yenisi ilə əvəz ediləcək və içməli su şəbəkəsi yaradılaraq, əhalinin rahat istifadə edə biləcəyi yerlərdə bulaqlar inşa ediləcək.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov əraziyə baş çəkərək, icra olunacaq layihəyə yerində baxış keçirib.

Layihə ilə yaxından tanış olan icra başçısı tövsiyə və tapşırıqlarını verib.

Qəsəbə sakinləri də görülən işlərə görə Ölkə Prezidenti Cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər