Şriftin ölçüsü :

Saytın rəngi :

"Raduga" uşaq bağçasının açılışı olub

15 fevral 2019 | 16:00

Şəmkir şəhərində yerləşən“Raduga” özəl bağçası körpələrin ixtiyarına verilib.

Açılış mərasimində iştirak edən Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva çıxış edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb, təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib.

A.Abdullayeva bildirib ki, son illərdə Şəmkirdə bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.
Sonra mərasimində iştirak edənlər bağçada yaradılmış şəraitlə yaxından tanış olublar.

Bağçanın rəhbərliyi məlumat verərək “Raduga” uşaq bağçası 100 nəfər uşaq üçün nəzərdə tutulub. Bağçanın yeməkxanası xüsusi mətbəx avadanlıqları ilə təchiz olunub. Bağçada uşaqlar həftənin 5 günü saat 08:00-dan 18:00-dək yaşına uyğun olaraq, qruplarda təlim-tərbiyə prosesinə cəlb olunur.

Keçidlər