Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİR SAKİNLƏRİNİN İSTƏKLƏRİNİN GERÇƏKLƏŞDİYİ NÖVBƏTİ QƏBUL GÜNÜ

15 fevral 2019 | 16:00

Sakinlərin qaldırdıqları problemlərin həlli istiqamətində tək ümid yerləri olan Cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya olan sözlərini çatdırmaq üçün Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət edənlərin sayı çoxalıb.

Şəmkir sakinlərinin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bu günki qəbulunda da insanlar böyük ümidlə gəlmişdirlər.

İcra başçısı da bu insanların dövlətimizə olan inamından doğan müraciətlərini Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq böyük həvəslə dinləyib, problemlərin həlli istiqamətində ciddi tapşırıqlar verdi.
Şəmkirə və şəmkirlilərə xidmət etməyin bir şərəf olduğunu bildirən Alimpaşa Məmmədov vətəndaşların şifahi qəbulu zamanı 92 nəfərin müraciətini dinləyib.

Vətəndaşlar tərəfindən edilmiş müraciətlərin əksəriyyəti torpaq, maddi yardım və sosial məişət məsələlərinə dair olub.

Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş və qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Şəmkir və şəmkirlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova minnətdarlıq ediblər. Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının sifahi qəbulundan başqa, rayon İcra Hakimiyyətinin rəsmi “facebook” səhifəsi, müntəzəm olaraq yenilənən www.shamkir-ih.gov.az internet saytı, mail@shamkir-ih.gov.az elektron poçt ünvanı, “Qaynar xətt” telefonu (5700), (050-511-21-61) fasiləsiz fəaliyyət göstərir, yerlərdə quraşdırılan “Şikayət və təkliflər” səyyar poçt qutularından geniş istifadə edilir.

 

 

Keçidlər