Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədovun Ağsaqqallar Şurasının sədri, Gənclər və İdman idarəsinin rəis və rəis müaviniylə görüşmüşdür.
13 oktyabr 2014 – cü il tarixdə Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov Ağsaqqallar Şurasının sədri Əmirov Məmməd, Gənclər və İdman idarəsnin rəisi Pərvin Gözəlov və rəis müavini Tural Zeynalovu qəbul etmişdir.
Alimpaşa Məmmədov rayon ağsaqqalları və gənclərin sədrilə yaxından tanış olmuş, Ağsaqqlar Şurasının sədri Məmməd Əmirovu dinləmiş və Ağsaqqalları narahat edən problemlərlə yaxından tanış olmuş, bu görüşün səmərəliliyini artırmaq üçün 14.10.2014 – cü il tarixdə rayonun aktiv Ağsaqqalları ilə görüş keçirəcəyini bildirmişdir..
Eyni zamanda Alimpaşa Məmmədov Gənclər və İdman idarəsini rəsi Pərvin Gözəlovu dinləmiş gəncləri narahat edən problemlərlə yaxından tanış olmuş, rayonun ictimai siyasi həyatında gənclərin rolunun artırılmasının vacibliyini bildirmiş, Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi ilə bağlı öz tövsiyyə və tapşırıqlarını vermiş və 16.10.2014 – cü il tarixdə rayonun gəncləriylə görüşəcəyini bildirmişdir.