Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təqdimatı keçirilib

14 fevral 2019 | 16:00

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Etibar Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Rayon ictimaiyyətinin, “Azərsu” ASC-nin, məsləhətçi və podratçı təşkilatların nümayəndələrinin iştirak etdiyi təqdimatda layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qonaqları Şəmkirdə görməkdən məmnun olduğunu bildirib və Cənab Prezidentin Sərəncamına əsasən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Şəmkirdə gördüyü işləri yüksək qiymətləndirib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini Etibar Məmmədov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərinin, həmçinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.

Layihə və podrat təşkilatların nümayəndələri tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətli icrası üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Layihənin təqdimatı çərçivəsində bildirib ki, layihə 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır.

Qeyd olunub ki, layihə çərçivəsində Şəmkir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin daha da yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə diametrləri 110-280 mm, uzunluğu 13,4 km olan paylayıcı su şəbəkəsinin və diametrləri 600-1200 mm, uzunluğu 15,2 km olan magistral kanalizasiya kollektorunun tikilməsi nəzərdə tutulub.

Keçidlər